Vyetnamda tayfun qurbanlarının sayı 89-a çatıb


Digərləri 07 Noy 2017 23:22:00 249 0

Vyetnamda tayfun qurbanlarının sayı 89-a çatıb

Vyetnam sahillərini bürüyən "Damri" tayfunu nəticəsində ölanlərin sayı 89-a çatıb.

Bakı. Vyetnam sahillərini bürüyən "Damri" tayfunu nəticəsində ölanlərin sayı 89-a çatıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, daha 18 nəfər itkin düşüb. Daha öncə 69 nəfərin öldüyü və 30 nəfərin itkin düşdüyü bildirilirdi. Yerli hakimiyyət kiçik yaşayış məntəqələrindən 35 mindən çox sakini evakuasiya edib.