Bakıda 12 yaşlı qız itkin düşüb


Digərləri 07 Noy 2017 23:15:00 795 0

Bakıda 12 yaşlı qız itkin düşüb

Bu gün Bakıda 12 yaşlı qız itkin düşüb. 

Son.az bildirir ki, bu barədə baku.ws-ə Salayeva Fidanın dayısı Musa məlumat verib. Onun sözlərinə görə, bacısı qızı təxminən saat 13-14 radələrində Maştağa qəsəbəsindəki 22 saylı məktəbdən çıxarqa "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 166 saylı avtobusa minib. 

Dayısı qeyd edib ki, adətən məktəbdən şagirdləri servis avtobusu götürür. Amma bu gün Fidan avtobusa minməyib və sinif yoldaşına Həzi Aslanovda işləyən anasının yanına gedəcəyini bildirərək marşruta minib. Lakin anasının yanına gedib çıxmayıb. Fidanın əynində qırmızı gödəkcə, timsah dərisinə bənzər materialdan hazırlanmış məktəbli çantası olub.