11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK


Digərləri 07 Noy 2017 23:02:15 270 0

11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK

Noyabrın 11-i ilin ən bol enerjili günlərindəndir. 11.11. Bəli məhz bu gün özünüzü daha gümrah və hər işə qadir hiss edəcəksiniz. Bu tarixdə özünüzlə bağlı ən xoş arzularınızı dilə gətirin. Yaşamaq istədiyiniz dünyanın xəyallarını qurun. Əmin olun ki, bol enerji və Yer üzündəki ideal harmoniya sayəsində bütün diləkləriniz gerçəkləşəcək. Səması aydın, suyu saf, uşaqları xoşbəxt bir planet təsəvvür edin, izn verin, qəlbinizin nuru üzünüzə hopsun həmin gün. Düşünün ki, məhz bu gün həyatınızın ən gözəl bayramını qeyd edəcəksiniz. Həmin gün bəşərin bizə ötürdüyü müsbət bol enerjini qarşılayıb, bağlı qapıları açmağa hazır olun.

Perseyin alovlu qapısı

Ariadna ipi - Yerin nəbzi və Perseyin alovlu qapılarından keçmək üçün bir fürsətdir.

11:11 - Andromeda Krallığından çıxıb, Persey bürcünün rentgen şüalarına qədəm qoyulacaq tarixdir. Dünyanın əzmlə ona doğru irəlilədiyi bəşəriyyətin taleyində mühüm rol oynayan həmin odlu Persey qapılarıını açıldığı gündür.

12:12 - Perseyin qapları Yerin üzünə açılacaq, planet sakinlərinin taleyi yaxşılığa doğru dəyişəcək.

Bəşər övladı çox vaxt ətrafında baş verənlərə laqeyd mövqe sərgiləyir. Düşünür ki, olanlara öz təsirini göstərəcək gücə sahib deyil. Əslində isə bu səthi nəzər nöqtəsidir. Həyatımızı müsbət yönə dəyişmək üçün yeni təkamül xəttinə qədəm qoymağın zamanıdır.

Fiziki dünyada istənilən maddə öz ölçüsünü, tərkibini, mövqeyini dəyişən zaman, köhnə impulsiv materiya canlı orqanizm kimi bu inkişafa müqavimət göstərir. Köhnə materiyanı bu an sahib olduqlarını itirib, yeni inkişaf mərhələsinə qədəm qoymaqdan daşındıran şüur və enerji idarə edir. Müqavimət Yaradanın qüdrətinə yönələn qarşıdırma ilə müşaiyət olunur.