"Mitsubishi" 108 mindən çox avtomobili geri çağırdı


Digərləri 07 Noy 2017 22:06:44 206 0

"Mitsubishi" 108 mindən çox avtomobili geri çağırdı

"Mitsubishi" şirkəti Rusiyada 108 mindən çox avtomobili geri çağırıb.

Bakı. "Mitsubishi" şirkəti Rusiyada 108 mindən çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2006-cıi ilin noyabrından 2016-cı ilin fevralınadək satılmış "Galant/Pajero" və 2007-ci ilin aprelindən 2013-cü ilin oktyabrınadək satılmış "i-MiEV/Pajero" modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.