Qaçqın gəmisindən DƏHŞƏTLİ görüntü: 26 gənc qızın cəsədi tapıldı


Dünya 07 Noy 2017 21:39:00 321 0

Qaçqın gəmisindən DƏHŞƏTLİ görüntü: 26 gənc qızın cəsədi tapıldı

Türkiyənin Aralıq dənizindən keçərək Avropaya getmək istəyən bir qaçqın gəmisində 26 qızın cəsədi tapılıb.

Son.az xəbər verir ki, qızların 14-18 yaş aralığında olduğu bildirilb.

Cəsədlər İspaniyanın "Cantabria" hərbi gəmisi İtaliya sahillərində apardığı əməliyyatlar zamanı tapılıb. Əməliyyatlarda fərqli qaçqın gəmilərindən 375 nəfər xilas edilib.

Tapılan cəsədlərin tibbi ekspertiza edilməsi üçün Salerno xəstəxanasına aparılıb. Onların Nigeriya vətəndaşları olduğu ehtimal edilir.