"İlhamə Orxanı oxumağa qoymadı, getdiyi iş yerlərindən çıxartdırdı"


Şou-biznes 07 Noy 2017 20:36:00 297 0

"İlhamə Orxanı oxumağa qoymadı, getdiyi iş yerlərindən çıxartdırdı"

Aparıcı Sərxan Kərəmoğlunun "Sözün düzü" verilişi yayıma başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Moskvada lentə alınan proqram "Lider" kanalında yayımlanır.

Aparıcı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb. O bildirib ki, Orxan hazırda evsizdir:

"İlhamə illərlə sərvət qazandı, xalası qızının oğlunu övladlığa götürdü. Rəhmətə getdikdən sonra onun oğulluğu üsyan edir. İlhamə xanım dünyasını dəyişənfə bacı-qardaşı üzə çıxdı. Onunla on il dostluq etdik. İlhamə Orxanı oxumağa qoymurdu. İşə girirdi, qoymurdu, çıxartdırırdı. Deyirdi ki, işləyər, əli pula çatar məni unudar. Mənim yanımda qalsın, məndən asılı olsun. Sonda dünyasını dəyişdi. Vəsiyyətnamə yazmadı. Hər yerdə oğlum deyə təqdim edirdi, bu, kifayət etmədi. Bankda olan 300 min pulu bacıları götürüb. Maşını satıblar. Bircə evlər qalıb. Biri Tükəzban İsmayılovla Həbib müəllimə məxsusdur. Həbib müəllimin evinin Məzahirin qızlarına nə aidiyatı var? Orxanı İlhamə qoyub gedib. İndi Orxan evsizdir, çətin durumdadır. Ana dediyi insanın evində qonaq kimi müvəqqəti qalır. Sağlığında üzü görmədiyi bacılar İlhamənin mirasına sahib çıxıblar".