“Hörümçək adam” Bakı səhnəsində


Digərləri 07 Noy 2017 19:42:50 206 0

“Hörümçək adam” Bakı səhnəsində

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib. Teatrdan Trend-ə verilən məlumata görə, Kollektiv hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq yeni - 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılara maraqlı tamaşa hazırlayır. Bu dəfə teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşası ilə gələcək. Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov deyib: “İnanıram ki, digər tamaşalarımız kimi bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda böyük maraqğa səbəb olacaq. Onlar hər il olduğu kimi bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər. Tamaşanın premyerası bu ilin dekabr ayının 29-da saat 12:00, 14:00, 16:00- da baş tutacaq.