Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib


İqtisadiyyat 07 Noy 2017 19:28:57 46 0

Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib

Qeyd edək ki, layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans, sərgi zalı və digər obyektlər inşa olunub

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi fəaliyyətə başlayıb.

Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir müavini xalçaçılığın inkişafının İqtisadiyyat Nazirliyi tərəfindən daim dəstəkləndiyini bildirib və belə icma əsaslı biznesyönümlü layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verib və rayonda xalçaçılıq sənətinin inkişafı ilə bağlı geniş potensialın olduğunu diqqətə çatdırıb.

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycanla ABŞ arasında əlaqələrdən, SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə diqqətə çatdırılıb ki, xalça müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Alpan, Uzunmeşə, Gəray, Kürkün və Susay kəndlərində yaşayan 50 nəfər işlə təmin olunacaq. 200 nəfər qadın isə xalçaçılıq üzrə pulsuz təlimlərdə iştirak edəcək. Bundan başqa, müəssisədə xalçaların istehsalı üçün ilkin xammal (yun, ip, təbii boyaq kimi istifadə olunan bitkilər və s.) yerli fermerlərdən alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans (təlim otağı), sərgi zalı və digər obyektlər inşa olunub.

Kəndli qadın 4 qolbağını satıb, necə milyonçu oldu?  FOTO like
  • 07 Noy 19:18  
Dünya Kəndli qadın 4 qolbağını satıb, necə milyonçu oldu? FOTO

Türkiyənin Antalya şəhərində həyat yoldaşına dəstək olmaq üçün 4 q

arrow Ətraflı
AYİB Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır like
  • 07 Noy 19:12  
Digərləri AYİB Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqti

arrow Ətraflı
Hacıbaba Bağırovun rus oğlunun FOTOsu yayıldı  İLK DƏFƏ like
  • 07 Noy 19:12  
Şou-biznes Hacıbaba Bağırovun rus oğlunun FOTOsu yayıldı İLK DƏFƏ

Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun Rusiyada yaşayan

arrow Ətraflı
Yunanıstanda müxalifət partiyasının mərkəzi qərargahına silahlı hücum olub like
  • 07 Noy 19:01  
Sosial Yunanıstanda müxalifət partiyasının mərkəzi qərargahına silahlı hücum olub

Polis "İnqilabçı Özünümüdafiə" qruplaşmasından şübhələnir

arrow Ətraflı
Ancelina Colinin geyimi bu dəfə bəyənilmədi  FOTO like
  • 07 Noy 19:00  
Digərləri Ancelina Colinin geyimi bu dəfə bəyənilmədi FOTO

Sinə dekoltesi, uzun yarıqlı libaslarıyla görməyə öyrəşdiyimiz aktrisa

arrow Ətraflı
Ağdamda partlamış mərmi qalığı aşkarlandı  FOTO like
  • 07 Noy 18:56  
Digərləri Ağdamda partlamış mərmi qalığı aşkarlandı FOTO

Ağdamda partlamış mərmi qalığı aşkar edilib.

arrow Ətraflı
"Milan"da 10 nömrəli formanı daşıyıram deyə hər kəsin gözü üzərimdədir" like
  • 07 Noy 18:53  
İdman "Milan"da 10 nömrəli formanı daşıyıram deyə hər kəsin gözü üzərimdədir"

"Qarşıda 2 hazırlıq oyunu var. Baş məşqçi rəqibləri yaxı təhli

arrow Ətraflı
"Hədsiz evlilik təklifləri alıram"  Lətifə Soyuöz  VİDEO  FOTO like
  • 07 Noy 18:48  
Şou-biznes "Hədsiz evlilik təklifləri alıram" Lətifə Soyuöz VİDEO FOTO

"Övladı üçün məhkəmə işinə ehtiyac duyulmadı. Ona məhdudiyyət

arrow Ətraflı
Rusiya sərhəddə nəzarəti gücləndirdi  Madaqaskar taununa görə like
  • 07 Noy 18:45  
Dünya Rusiya sərhəddə nəzarəti gücləndirdi Madaqaskar taununa görə

Rusiya sərhədlərində sanitar-karantin nəzarəti gücləndirilib.

arrow Ətraflı
"Babəkə görə neçə elçiyə "yox" demişdim"  "Aprel şəhidi"nin sevdiyi xanım  FOTO like
  • 07 Noy 18:42  
Digərləri "Babəkə görə neçə elçiyə "yox" demişdim" "Aprel şəhidi"nin sevdiyi xanım FOTO

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əb

arrow Ətraflı
Tofiq Quliyevin 100 illiyi münasibətilə poçt markası hazırlanıb like
  • 07 Noy 18:35  
Digərləri Tofiq Quliyevin 100 illiyi münasibətilə poçt markası hazırlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC t

arrow Ətraflı
Sabiq dünya çempionu 91 yaşında vəfat edib like
  • 07 Noy 18:35  
İdman Sabiq dünya çempionu 91 yaşında vəfat edib

1954-cü ildə almaniya Federativ Respublikasının heyətində dünya &

arrow Ətraflı