Bərdədə ictimai nəqliyyatda ölüm hadisəsi baş verib


Sosial 07 Noy 2017 19:01:35 308 0

Bərdədə ictimai nəqliyyatda ölüm hadisəsi baş verib

Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda ictimai nəqliyyatda ölüm hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, axşam saatlarında rayon sakini Habil Sabir oğlu Əfəndiyev şəhərdaxili marşrutda olarkən qəflətən halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının sözlərinə görə, mərhum uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.