"Milan"da 10 nömrəli formanı daşıyıram deyə hər kəsin gözü üzərimdədir"


İdman 07 Noy 2017 18:53:00 301 0

"Milan"da 10 nömrəli formanı daşıyıram deyə hər kəsin gözü üzərimdədir"

"Qarşıda 2 hazırlıq oyunu var. Baş məşqçi rəqibləri yaxı təhlil edib. Bu oyunlarda qalib gəlmək lazımdır, komanda artırmalıdır. İnşallah, bu 2 yunda yaxşı oynayıb səhv və düzləri görərik". Bu sözləri Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu deyib. Goal.az xəbər verir ki, yarımmüdafiəçi mətbuat konfransında "Milan"dakı təəssürataları barədə də danışıb.

"4 aylıq cəzanın ardından özümü toparladım və "Milan"a transferim baş tutdu. Dil və adaptasiya problemlərim oldu. Komanda yoldaşlarım və məşqçi çətinlikləri aşmaqda mənə kömək edir. Milan gözəl şəhərdir. Azarkeşlər çox yaxşıdır. "Milan"da 10 nömrəli formanı daşıyıram deyə hər kəsin gözü üzərimdədir. A Seriyasında qol hesabımı açdığım üçün şadam. Fiziki baxımdan hamıdan geri qalıram. Qol mənə əlavə motivasiya verdi. Növbəti oyunlarda yenə fərqlənməyə çalışacam.

Türkiyə millisində xeyli gənc futbolçu var. Oğuzhan, Cek Tosun, mən daha təcrübəli sayılırıq. Biz Arda, Burakdan gördüklərimizi gənc həmkarlarımıza öyrətməyə çalışırıq. Milli komandada fiziki durum mühüm rol oynayır. İstedadlı futbolçularımız var. Amma tək istedad kifayət etmir, çox çalışmaq lazımdır".