Ağdamda partlamış mərmi qalığı aşkarlanıb (FOTO)


Digərləri 07 Noy 2017 18:05:00 172 0

Ağdamda partlamış mərmi qalığı aşkarlanıb (FOTO)

Ağdamda partlamış mərmi qalığı aşkar edilib.

Bakı. Ağdamda partlamış mərmi qalığı aşkar edilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Təzəkənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış mərmi qalığı aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.