Bakıda pulsuz "WiFi" şəbəkəsinə daha bir park qoşuldu


Digərləri 07 Noy 2017 17:48:00 297 0

Bakıda pulsuz "WiFi" şəbəkəsinə daha bir park qoşuldu

"Bakı Telefon Rabitəsi" MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib.

Son.az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz "Wi-Fi" xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq