Lavrov və Zərif Xəzərdə əməkdaşlıq məsələsini müzakirə etdi


Siyasət 07 Noy 2017 17:53:00 275 0

Lavrov və Zərif Xəzərdə əməkdaşlıq məsələsini müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, tərəflər telefon söhbətində Suriya məsələsini və Xəzər dənizində əməkdaşlıq mövzusunu müzakirə ediblər.

Danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin noyabrın 1-də İrana işgüzar səfərinin yekunlarına da diqqət ayrılıb.

Nazirlər Xəzər dənizində əməkdaşlığın əsas məsələləri barədə fikir mübadiləsi aparıb.