Sankt-Peterburq polisi Azərbaycana qarşı təxribatlarda əli olan şəxsləri axtarır


Siyasət 07 Noy 2017 17:44:27 273 0

Sankt-Peterburq polisi Azərbaycana qarşı təxribatlarda əli olan şəxsləri axtarır

Azərbaycanın Baş Konsulluğu hüquq-mühafizə orqanları ilə əməkdaşlıqla Azərbaycana qarşı aksiyaları dərhal dayandırır

"Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu hüquq-mühafizə orqanları ilə əməkdaşlıqla Azərbaycana qarşı aksiyaları dərhal dayandırır".

Bunu "Report"un Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bildirib.

Xatırladaq ki, noyabrın 6-da naməlum şəxslər Sankt-Peterburqun Frunzenski rayonunda dəmir yolu körpüsündə üzərində "Talışıstana azadlıq" yazılmış və Rusiya ilə İran bayraqları olan banner yerləşdirib. Sankt-Peterburqda yaşayan azərbaycanlılar bunlara reaksiya verərək Azərbaycanın Rusiyadakı baş konsulluğuna şikayət ediblər.

"Banner barədə məlumat daxil olanm kimi, şəhərin Baş Polis İdarəsinə müraciət etdik. Orada dərhal əməliyyat tədbirləri görülüb və banner yığışdırılıb. Hazırda bu əməli törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində işlər görülür", - S.Qasımov vurğulayıb.