Bu vaqonları görmək üçün Bakı metrosuna tələsin! VİDEO FOTO


Digərləri 07 Noy 2017 17:40:00 269 0

Bu vaqonları görmək üçün Bakı metrosuna tələsin!  VİDEO  FOTO

"Əziz bakılılar və şəhərimizin qonaqları, Bakı Metropoliteninə xoş gəlmisiniz".

50-ci yaşını qeyd edən Bakı metrosunun sərnişinləri üçün bu sözlər artıq çox doğma və unudulmazdır. Azərbaycan prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür. 

Mili.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu il yarım əsrlik fəaliyyətini qeyd edən metropoliten doğum günündə maraqlı bir addım atıb. Belə ki, nostalji hisslər yaratmaq üçün ötən əsrdə istismar edilmiş retro vaqonlar bərpa edildikdən sonra sərnişinlərə yenidən təqdim olunub.

Burada təqdim olunan 3 vaqonun hər biri ayrı-ayrı illərdə istehsal olunub. İstər rəngləri, istər oturacaqları, istər işıqlandırılması-bütün avadanlıqları əvvəlki vəziyyətinə gətirilən vaqonlar "İçərişəhər" stansiyasında sərgilənir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda yalnız bir stansiyada təqdim olunan vaqonların yaxın zamanda xəttə çıxmaq ehtimalı var:

"Planımızda var ki, müəyyən müddətdə həmin qatarları xəttə buraxaq və sərnişinlərin qatarlarla tanış olmaq fürsəti olsun. Sərnişin daşıma ehtimalı da var, ancaq bu, o qədər də uğurlu olmaya bilər. Nəzərə alaq ki, köhnə qatarlardır, tam gücü ilə işləmirlər və sürəti də problem yaradır".


Xəbərə aid fotolar