Prokuror Vidadi Zeynalov barəsində olan hökmün dəyişdirilməməsini istədi


Digərləri 07 Noy 2017 17:22:00 283 0

Prokuror Vidadi Zeynalov barəsində olan hökmün dəyişdirilməməsini istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

V.Zeynalov qısa çıxış edərək qeyd edib ki, qanun qarşısında heç bir günahı yoxdur. O, sadəcə Prezident qarşısında günahkar olduğunu bildirib