Ronaldo komanda yoldaşları ilə mərcə girib


İdman 07 Noy 2017 16:38:00 308 0

Ronaldo komanda yoldaşları ilə mərcə girib

Kriştianu Ronaldo bu mövsüm İspaniya Primerasında rəqib qapılarına 48 zərbədən yalnız 1-ni qola çevirib. Buna baxmayaraq portuqaliyalı hücumçu "qara zolaq"dan çıxacağına inanır. Goal.az "Sport"a istinadən zəbər verir ki, ulduz futbolçu mövsümün sonunda La Liqanın bombardiri olacağı ilə bağlı komnda yoldaşları ilə məcrə girib. Ronaldo bu mərcdən əldə olunacaq pulu xeyriyyə fonduna köçürəcək.

Qeyd olunur ki, 32 yaşlı forvard "Las Palmas"la oyunda məhsuldar ötürmə verdiyi İskonun qol sevincini onunla bölüşməməsindən narazı qalıb. Bu mövsüm La Liqanın bombardirlər cədvəlinə 12 qolla Messi başçılıq edir.