Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək


Digərləri 07 Noy 2017 16:23:00 243 0

Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək

Müdafiə naziri NATO toplantısında iştirak edəcək.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda Müdafiə nazirinin ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.