"Ev ala biləcəyim pul verilsə, razılaşaram"


Şou-biznes 07 Noy 2017 15:35:00 321 0

"Ev ala biləcəyim pul verilsə, razılaşaram"

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan model Nərgiz Abdullayeva maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, Nərgiz Abdullayeva xalqın modelləri dəstəkləməməsini bildirib:

"Anlamıram ki, xalqımız niyə bizi dəstəkləmir. Ancaq pisləyirlər. Mən bunu başa düşmürəm. Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Bizim modellərimizin onlardan nəyi əskikdir ki?"

Modellik arzusunun birdən-birə ortaya çıxmadığını deyən Nərgiz Abdullayeva hər zaman ailəsinin ona bu sahədə dəstək olduğunu etiraf etdi: "Modellik mənim üçün sonradan yaranan bir hobbi olmayıb. Uşaqlıqdan istəyim, xəyalım olub. Çalışdığım qədər layiqli adlar almışam, uğurlar əldə etmişəm. Bu işdə ailəm mənə çox dəstək olur. Uşaqlıqdan həmişə deyirdilər ki, nəyi istəyirsənsə, onun arxasınca get. Bizim ailədə sıxmaq filan yoxdur. Hər kəsin fikrinə hörmətlə yanaşılır. Hazırda model və aktrisa kimi fəaliyyət göstərirəm. Özümü ən çox aktrisalıqda görürəm. Bu, məndə içdən gələn bir qabiliyyət, bacarıqdır. Məndə aktrisalıq təbii alınır". 

Müəyyən fotosessiyalar etsə də, hələlik o qədər də iddialı görünməyən fotolar çəkdirən Nərgiz həmkarlarını geridə qoymaq üçün çərçivələri alt-üst etmək istəyirmi?

"Mən də açıq-saçıq çəkilişlər istəyirəm. Özümə güvənirəm. Bilirəm ki, həmin çəkilişlərim uğurlu alınar. Ailəm də buna dəstəkçidir. Hələ ki yaxın ətrafım bunu qəbul eləməz. Mən bu tip fotosessiyaları fərdi deyil, hansısa şirkətin təklifi əsasında etdirməyi düşünürəm". 

İlkləri sevdiyini deyən model Nərgiz Abdullayeva ona təklif ediləcək fantastik qonorar qarşılığında açıq-saçıq fotosessiyalar etdirəcəyini söylədi.


Xəbərə aid fotolar