Vladimir Putin və Donald Tramp bu həftə görüşəcək


Dünya 07 Noy 2017 14:51:41 265 0

Vladimir Putin və Donald Tramp bu həftə görüşəcək

APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp Vyetnamda keçiriləcək Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatı (APEC) sammitində görüşəcəklər.Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"APEC sammitində V.Putinlə D.Trampın danışmaq imkanı olacaq, görüşün detalları hazırlanır", - D.Peskov bildirib.

Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək.

Daha əvvəl ABŞ prezidenti D.Tramp Şimali Koreya məsələsində Putindən dəstək gözlədiyini və qarşıdakı görüşdə Ukrayna məsələsini müzakirə etməyə hazır olduğunu söyləyib.

Bununla yanaşı, Kreml görüşdə müzakirə olunan mövzulardan birinin də Suriya böhranı olacağını açıqlayıb.