Borc söhbəti Vüsaləni özündən çıxartdı: "Faktı varsa, ortaya qoysun"


Şou-biznes 07 Noy 2017 14:20:00 323 0

Borc söhbəti Vüsaləni özündən çıxartdı: "Faktı varsa, ortaya qoysun"

Tanınmış jurnalist Ülviyyə Alovlunun "Maşın şou"nun iştirakçısı Vüsalə Kərimova ilə bağlı səsləndirdiyi ittiham cavabsız qalmayıb.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən V.Kərimova Ü.Alovlunun yalan danışdığını deyib:

"Günelin cavabını verdim, indi də, deyəsən, Ülviyyə mənim adımla reklam olunub, işə düzəlmək istəyir. Oyun bitib, bu da bilmir özündən nə düzüb-qoşub danışsın. Qalib Talıbdan çox mənim barəmdə danışılır. Belə çıxır ki, şounun qalibi Talıb yox, elə mən olmuşam. Mən oyundan sonra onun üzünü cəmi bircə dəfə görmüşəm. Mənə heç kim tərəfindən tapşırıq verilməyib. Nə Yaşar, nə də mən borca düşməmişik. Ülviyyə deyir ki, 9 minin üstünə 9 min qoyub maşın alar. Mənim maşınımın qiyməti 45 min manatdır, 18 min deyil. Ondan əvvəl də sürdüyüm maşının qiyməti 30 min olub. Bir də ki mənim pulumu saymaq Ülviyyənin işi deyil. Əlində fakt varsa, ortaya çıxartsın. Özündən söz uydurub danışmasın. Elşad Xoseni özüm çıxartmışam. Belə ürəyim kimi istəyib, onu da oyundan kənarlaşdırmışam".

Qeyd edək ki, jurnalist Ülviyyə Alovlu Yenicag.az saytına Vüsalə Kərimova ilə bağlı bunları deyib: