Arda - Mbappe dəyişdirilməsi niyə baş tutmayıb?


İdman 07 Noy 2017 14:18:00 298 0

Arda - Mbappe dəyişdirilməsi niyə baş tutmayıb?

Yay transfer dönəmində "Barcelona" Arda Turan və müəyyən məbləğ qarşılığında "Monaco"nun futbolçusu Kilian Mbappeni heyətinə qatmaq istəyib. Hətta, "katalonlar" bununla bağlı knyazlıq təmsilçisiylə razılığa da gəlib.



Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, fransız klubu futbolçunu bu şərtlər qarşılığında buraxmağa razı olub. Ancaq Mbappe özü İspaniyaya getmək istəməyib. Gənc forvard PSG-də oynamağı daha üstün tutub və "Barcelona"nın təklifini rədd edib.