Ərdoğan: "BakıTbilisiQars regionun ticarət potensialını artıracaq"


Siyasət 07 Noy 2017 14:03:00 274 0

Ərdoğan: "BakıTbilisiQars regionun ticarət potensialını artıracaq"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.

R.T.Ərdoğan bildirib ki, BTQ regional əməkdaşlığa əyani nümunədir: "Əsas məqsəd BTQ üzrə illik yükdaşıma həcmini 6,5-dən 17 milyon tona, sonrakı mərhələlərdə isə ildə 25 və 50 milyon tona çatdırmaqdır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində