Samir Şərifov: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə mane olmağa çalışırdı


Digərləri 07 Noy 2017 14:07:00 177 0

Samir Şərifov: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə mane olmağa çalışırdı

Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi üçün kredit cəlb edilməsinə mane olmağa çalışırdı.

Bakı. Azad Həsənli - Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi üçün kredit cəlb edilməsinə mane olmağa çalışırdı. Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, bu, beynəlxalq maliyyə təşkilatlarının hansı səbəbdən BTQ layihəsinə kredit ayırmadığını izah edir: "Bunun səbəbi heç də beynəlxalq maliyyə təşkilatlarının Bakı-Tbilisi-Qarsı səmərəsiz layihə hesab etməsi deyil, bizim bədnam qonşumuzun layihənin reallaşmasına mane olmaq cəhdi idi". S.Şərifov əlavə edib ki, dövlət başçısı layihənin ölkə vəsaiti hesabına maliyyətləşdirilməsi barədə qərar qəbul etmişdi.