Joze Mourinyo "Manchester United"dən gedə bilər


İdman 07 Noy 2017 13:36:00 275 0

Joze Mourinyo "Manchester United"dən gedə bilər

"Manchester United"in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda iş yerini dəyişə bilər. Goal.az xəbər verir ki, 54 yaşlı mütəxəsisin bu dəfə Fransa Liqasına getməsi ehtimallar arasındadır. "Sky Sports"un jurnalisti Tom MakDermott iddia edir ki, portuqaliyalı mütəxəsis klub rəhbərliyinin fəaliyyətindən narazıdır. Məsələn, Mourinyo ötən yay Nemanya Matiçin transferinin ləngiməsi və 4-cü yeni futbolçunun heyətə cəlb edilməməsini unutmur. Onun agenti Jorje Mendeşlə PSG artıq əlaqə saxlayıb. Portuqaliyalı menecer Mourinyonu Parisə aparmaq üçün kifayət qədər əlverişli təklif alıb.