Dağlıq Qarabağa Azərbaycanın dövlət büdcəsindən vəsait ayrılması təklif edilib


Digərləri 07 Noy 2017 13:15:06 181 0

Dağlıq Qarabağa Azərbaycanın dövlət büdcəsindən vəsait ayrılması təklif edilib

Bu təkliflə Zahid Oruc çıxış edib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc Azərbaycanın dövlət büdcəsindən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib.

“Report”un xəbərinə görə, Z.Oruc 2018-cil dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycan sanki iqtisadi cəhətdən təcavüz aktı ilə barışıb: “Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm. Bir sətir ilə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən, 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi Dağlıq Qarabağa da vəsait ayırıb, amma işğal reallığına görə büdcədən ayırma reallıqda işləmir”.