Uşaqlar üçün nağıl kitabı "Başı kəsilmiş qardaşının ətindən yemə" FOTO


Digərləri 07 Noy 2017 13:19:00 1014 0

Uşaqlar üçün nağıl kitabı  "Başı kəsilmiş qardaşının ətindən yemə"  FOTO

"Qətiyyən qardaşının ətindən yemə"

Türkiyədə 2-ci və 3-cü siniflər üçün nəzərdə tutulub, bazara çıxarılan "Kahkaha Gülleri" adlı kitab mağazalardan yığışdırılıb.

Son.az Haberler-ə istinadla xəbər verir ki, buna səbəb kitabda başı kəsilən uşağın qazanda qaynadılmasından bəhs edilməsidir.

Ön sözündə "Bilirik, sadəcə, kitab deyil, sizə bir dünya veririk" yazılan kitabdakı hekayələr sosial şəbəkələrdə sərt şəkildə qınanılıb.

Kitabın sosial şəbəkədə paylaşılan səhifəsində atası tərəfindən başı kəsilən oğlanın qazanda bişirilməsi və bacısının bunu görməsindən bəhs olunub.


Xəbərə aid foto