Kameraya baxabaxa pulları götürdü "


Dünya 07 Noy 2017 12:52:00 283 0

Kameraya baxabaxa pulları götürdü  "

Amerikada fəaliyyət göstərən "Uber" taksisində avtomobildən oğurluq anı kameraya düşüb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, rəfiqələri ilə birlikdə taksiyə minən qadın müştəri taksiyə quraşdırılan kameraya baxa-baxa oturacaqların arasına qoyulmuş pul kisəsindən dollarları götürüb, qaçıb.

Sürcü bunu bir neçə saniyə sonra bilib. O, avtomobildən düşərək oğrunun arxasınca gedib. Sürücü oğruları tuta bilməyib. O, bu barədə şirkətə e-mail göndərib. Şirkətdən sürücüyə bildirilib ki, müştəri ilə əlaqə saxlamağa çalışsalar da, problemi həll edə bilməyiblər. Onlar sürücüyə oğurluq barədə polisə məlumat verməyi tövsiyə ediblər.

Hadisə Nyu-York şəhərində baş verib.

Əynində, sadəcə, ətək və büsqalter olan qadının bu hərəkəti izləyiciləri heyrətləndirib. Video bütün dünyaya yayılıb.


Xəbərə aid fotolar