Leyla Əliyeva tərəfindən gənc futbolçulara dəstək FOTO


Digərləri 07 Noy 2017 12:40:00 262 0

Leyla Əliyeva tərəfindən gənc futbolçulara dəstək  FOTO

6 noyabrda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın adından Bakının Xəzər rayonunda yerləşən Dalğa Arena stadionunda yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə IDEA-dan məlumat verilib.

Qeyd edilməlidir ki, Leyla Əliyevanın Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinə xüsusi diqqətini nəzərə alaraq, Kəndlər Futbol Federasiyası və Xəzri İdman Klubu yeniyetmə idmançılara maddi yardımın göstərilməsi ilə bağlı ona müraciət ediblər.

Tələb olunan idman ləvazimatları gənc futbolçuları məşq prosesi zamanı ziyarət edən IDEA İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin nümayəndələri tərəfindən təqdim edilib.