Bakıdakı tıxacların həlli ilə bağlı Nazirlər Kabinetinə TƏKLİF


Digərləri 07 Noy 2017 12:43:00 227 0

Bakıdakı tıxacların həlli ilə bağlı Nazirlər Kabinetinə TƏKLİF

Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. 

Bu barədə Son.az-a BNA-nın mətbuat xidmətindən məlumat verilib. Açıqlamaya görə, bu çərçivədə Təbriz və İ.Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb. Müəyyən edilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin işıqforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

BNA-nın mütəxəssisləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vastələrinin hərəkətinin kanallaşdırılması barədə təklif hazırlayıblar. Təklifdə həmçinin, işıqfora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də əksini tapıb.