Sekuta: "Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir"


Siyasət 07 Noy 2017 12:28:00 282 0

Sekuta: "Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir"

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir.

Son.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: "Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir".