Belarus “ŞimalCənub” layihəsində iştirak etməkdə maraqlıdır


Digərləri 07 Noy 2017 12:27:41 192 0

Belarus “ŞimalCənub” layihəsində iştirak etməkdə maraqlıdır

Belarus "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirak etməkdə maraqlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda brifinq zamanı "Belarus dəmir yolları"nın rəhbərinin birinci müavini İqor Şilov deyib.

Onun sözlərinə görə, Belarus "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında böyük maraqla iştirak edir: "Nəqliyyat əlaqələrinin inkişafı ölkələrimizin iqtisadiyyatının inkişafı üçün əlavə imkanlar yaradacaq".