Azərbaycan və Türkiyənin energetika nazirləri birgə layihələri müzakirə ediblər (FOTO)


Digərləri 07 Noy 2017 12:19:25 238 0

Azərbaycan və Türkiyənin energetika nazirləri birgə layihələri müzakirə ediblər (FOTO)

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak və Azərbaycanın energetika naziri Pərviz Şahbazov birgə həyata keçirilən enerji layihələrini müzakirə ediblər.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak və Azərbaycanın energetika naziri Pərviz Şahbazov birgə həyata keçirilən enerji layihələrini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə B.Albayrak "Twitter"dəki səhifəsində yazıb. Türkiyəli nazir qeyd edib ki, görüş çərçivəsində TANAP layihəsinin icrası, həmçinin energetika sahəsində münasibətlərin inkişafı məsələləri müzakirə olunub. Nazirlərin görüşü Ankarada keçirilib. Azərbaycanın energetika naziri Türkiyəyə B.Albayrakın dəvəti ilə səfər edib. Energetika Nazirliyindən Trend-ə bildiriblər ki, P.Şahbazovun Türkiyəyə səfəri tanışlıq xarakteri daşıyır.