Nazirdən manat AÇIQLAMASI


Digərləri 07 Noy 2017 12:12:00 196 0

Nazirdən manat AÇIQLAMASI

2017-ci ildə Azərbaycan makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin milli valyutaya inamının bərpası prosesinin ilk mərhələsinin yekunu üzrə məqsədlərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsində deyib.

Nazir qeyd edib ki, bu, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi tədbirlər sayəsində mümkün olub.

S.Şərifov bildirib ki, dövlət və icmal büdcələri layihələri qlobal və milli iqtisadiyyatda gözləntilər nəzərə alınmaqla hazırlanıb: "Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 milyard, xərcləri isə 20,905 milyard manat səviyyəsində proqnozlaşdırılır. Neftin qiyməti dövlət büdcəsində 45 dollar/barel qeyd edilib".