Alkoqollu içkilərin qiyməti arta bilər


Digərləri 07 Noy 2017 12:14:58 248 0

Alkoqollu içkilərin qiyməti arta bilər

2018-ci ildən Azərbaycanda tütün və spirtli içki məhsullarının idxalına aksiz vergisi iki dəfə artırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu qərar onunla əlaqədar qəbul olunub ki, manatın məzənnəsinin dollara nisbətdə ucuzlaşması ölkəyə idxal olunan spirtli içki və tütün məmulatlarının qiymətinin qalxmasına, eləcə də manat ifadəsində aksiz dərəcələrinin azalmasına səbəb olub: "Aksiz vergilərinin artırılması daxili bazarı müdafiə etməyə imkan verəcək və əhalinin sağlam həyat tərzinin təmin olunmasına kömək edəcək".