“ŞimalCənub” dəhlizi ilə bağı növbəti iclas Hindistanda keçirilə bilər


Digərləri 07 Noy 2017 12:08:00 245 0

“ŞimalCənub” dəhlizi ilə bağı növbəti iclas Hindistanda keçirilə bilər

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun növbəti iclası Hindistanda keçirilə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan, Rusiya, İran və Belarus dəmir yol nümayəndələrinin qeyri-rəsmi görüşündə növbəti iclasların bu ölkələrin xaricində keçirilməsi təklif olunub: "Söhbət yalnız Hindistandan yox, həm də Şimali Avropa, Skandinaviya ölkələrindən gedir. Əgər eskpertlərimiz bu ideyanı dəstəkləsə, biz bunu protokolda möhkəmləndirəcəyik".