Azərbaycanın gələn ilki dövlət borcu xərcinin 72%-i ABB-nin öhədlikləri ilə bağlıdır


İqtisadiyyat 07 Noy 2017 11:39:26 265 0

Azərbaycanın gələn ilki dövlət borcu xərcinin 72%-i ABB-nin öhədlikləri ilə bağlıdır

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur. Bunun da 72%-i Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.