Valyuta ehtiyatları artıb


Digərləri 07 Noy 2017 11:48:00 231 0

Valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2017-ci il noyabrın 1-nə 5 200,7 mln. ABŞ dolları təşkil edib.

Son.az report-a istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 33,2 mln. dollar və yaxud 0,64% çoxdur. İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 226,3 mln. dollar və yaxud 30,86%, son bir ildə isə 1 195,2 mln. dollar və yaxud 29,84% artıb.