"Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir"


Digərləri 07 Noy 2017 11:37:00 216 0

"Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir"

Azərbaycan dünyanın ən aborigen xalqıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri" adlı elmi seminarda çıxışı zamanı deyib.

Y.Mahmudov qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər: "Onlar frigiya etnosudur. Ermənilər xalqların yerdəyişməsi prosesində Asiya qitəsinə köçüblər. Ermənilər Kiçik Asiyanın da aborigen əhalisi deyillər. Ermənilərin Cənubi Qafqazda məskunlaşması Çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır".

Y.Mahmudov əlavə edib ki, Cənubi Qafqazda erməni dövləti Azərbaycan torpaqlarında yaradılıb.