Ramil Şeydayev: "Azərbaycan dilində çox pis bilirəm"


İdman 07 Noy 2017 10:49:00 284 0

Ramil Şeydayev: "Azərbaycan dilində çox pis bilirəm"

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev “Facebook”dakı şəxsi səhifəsində rəsmi məlumat verib.

21 yaşlı hücumçu Azərbaycan dilini hansı səviyyədə bilməsi barədə səhifədə tez-tez müzakirələr aparıldığı üçün bu barədə məlumat vermək istədiyini açıqlayıb:

“Mən Rusiyada anadan olub, böyüdüyüm üçün Azərbaycan dilində çox pis bilirəm. Səhifədə yazmağa mənə kömək edirlər. Azərbaycan dilimi inkişaf etdirməyə çalışıram. Hələlik, çox çətin alınır, amma inanıram ki, istək olduqdan sonra insan hər şeyə nail ola bilərəm”.