Azərbaycanda adı "qara siyahı"ya düşən Bolqarıstan baş nazir müavininin istefasını tələb ediblər


Siyasət 07 Noy 2017 10:27:48 326 0

Azərbaycanda adı "qara siyahı"ya düşən Bolqarıstan baş nazir müavininin istefasını tələb ediblər

"Bolqarıstanın Xilası Milli Cəbhəsi" partiyasının keçmiş fəalları Valeri Simeonovun istefasını tələb ediblər

"Bolqarıstanın Xilası Milli Cəbhəsi" Partiyasının keçmiş fəalları baş nazirin müavini və partiya lideri Valeri Simeonovun istefasını tələb ediblər.

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, keşmiş fəallar nazir müavininin fəaliyyətindən razı deyil.

O cümlədən onun terror təşkilatları ilə əlaqə yaratdığına görə Azərbaycanda da təqib edildiyi və Bolqarıstanda haqqında məhkəmə qərarı veriləcək yeganə baş nazir müavini ola biləcəyi də bildirilib.

Fəallardan biri olan Dimitar Bayrakutovun sözlərinə görə, Bolqarıstanın iki baş nazir müavini - Valeri Simeonov və Krassimir Karakaçanov Bolqarıstanın vətənpərvərliyinə böyük ziyan vurublar. Fəallar yeni vətənpərvər təşkilatın yaradılması ilə bağlı danışıqlar aparıldığını da əlavə ediblər.

Qeyd edək ki, V.Simeonov 2016-cı ilin mayında Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa qanunsuz səfər edib və nəticədə Azərbaycanın Xarici İşlər Nazirliyi onu "qara siyahı"ya salıb. Sentyabr ayında onunla bağlı istintaq araşdırması başlanılıb.