Bakıda DƏHŞƏTLİ QƏZA:


Digərləri 07 Noy 2017 10:21:34 196 0

Bakıda DƏHŞƏTLİ QƏZA:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub.   Nəticədə "VAZ-2107"də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.   Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.