Avtobus aşdı: sərnişinlər altında qaldı


Dünya 07 Noy 2017 10:24:00 190 0

Avtobus aşdı: sərnişinlər altında qaldı

Ankaranın Bala qəsəbəsində sərnişin avtobusunun aşması nəticəsində, ilkin məlumatlara görə, 1 nəfər ölüb, xeyli sayda yaralı var.

Son.az CNN-ə istinadən xəbər veirr ki, sürücüsünün kimliyi hələlik məlum olmayan 61 S 1291 qeydiyyat nişanlı avtobus Konya-Ankara magistralının 175-ci kilometrində sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

Əraziyə təcili yardım maşınları və xilasetmə qrupları cəlb edilib. Avtobusun altında qalan yaralıların xilas edilməsinə çalışırlar.