4 otaqlı evdə YANĞIN


Digərləri 07 Noy 2017 10:28:00 178 0

4 otaqlı evdə YANĞIN

Lənkəran rayonunda 4 otaqlı evdə yanğın olub.

Son.az FHN-ə istinadən xəbər verir ki, rayonun Boladı kəndində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​