Rusiya İndoneziyaya qırıcılar satmaq istəyir


Digərləri 07 Noy 2017 10:06:00 187 0

Rusiya İndoneziyaya qırıcılar satmaq istəyir

Rusiya İndoneziyaya Su-35 qırıcılarının tədarükü haqqında danışıqlar aparır.

Bakı. Rusiya İndoneziyaya Su-35 qırıcılarının tədarükü haqqında danışıqlar aparır. Trend-in məlumatına görə, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin baş direktor müavini Mixail Petuxov deyib. O, RİA Novosti-yə açıqlamasında müqavilənin imzalanma tarixi və mümkün dəyəri haqqında məlumat verməyib: "Danışıqlar gedir. Müddət və dəyər barədə danışmaq hələ tezdir". Bundan əvvəl dəyəri 1,1 milyard dollar olan 11 qırıcı təyyarənin alışı ilə bağlı müqavilənin bu ay Cakartada imzalanacağı deyilirdi.