Yara və ləkələri yox edir, sızanaqlar üçün təbii dərman


Digərləri 07 Noy 2017 07:28:00 427 0

Yara və ləkələri yox edir, sızanaqlar üçün təbii dərman

Qədim Yunanıstanda heyva Paris tərəfindən sevgi ilahəsi Afroditaya bağışlanmış qızıl alma kimi tanınır. Qədimdən sevgi rəmzi kimi tanınan heyvanın 10-dan artıq sortu var. Meyvənin təbii arealı İran və Orta Asiyanı əhatə edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, heyva sidoniya adı ilə eramızdan 700 il əvvəl yayılıb. Meyvənin ən yaxşı sortları Krit adasında yerləşən Sidon şəhərində becərildiyinə görə onu belə adlandırıblar.

Xoş ətrinə görə yaxşı yetişmiş heyvanı dolabın başına qoyar və ya hündür yerdən asarlar ki, qoxusu evə yayılsın. Tənək yarpağı olmayanda dolmanı heyvanın təzə çıxan uc yarpaqlarına bükür, hətta bəzən xoş iyinin xörəyə hopması üçün dolmanın üzərinə bir neçə heyva yarpağı qoyurlar.

Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idilər. Məsələn, qədim dövrlərdə romalılar ətirləri heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik eliksiri kimi tanınır.