Suriyada rusiyalı hərbçilər və jurnalistlər xəsarət alıb


Dünya 07 Noy 2017 00:07:49 285 0

Suriyada rusiyalı hərbçilər və jurnalistlər xəsarət alıb

Yaralıların həyatı üçün təhlükə yoxdur

Rusiyanın "Zvezda" və "NTV" telekanallarının 4 jurnalisti Suriyada xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər verib.

Xəbərdə bildirilir ki, onlarla birlikdə daha 5 hərbçi yaralanıb. Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.