Xalq artistindən inanılmaz ETİRAF: "Köynəyimə qurd yağı sürtüb, şkafıma atmışdı"


Kriminal 06 Noy 2017 23:52:00 283 0

Xalq artistindən inanılmaz ETİRAF: "Köynəyimə qurd yağı sürtüb, şkafıma atmışdı"

6 noyabr onun doğum günüdür. Azərbaycan teatr və kino tarixində danılmaz xidmətləri olan bənzərsiz aktrisa, illərin sənətkarı, xalq artisti Zərnigar Ağakişiyevanı deyirəm. Son illər qapılarını hər kəsin üzünə bağlayan, səhnəni tənhalığı ilə əvəzləyən sənətkarımız. Hərçənd bu qədər tamaşaçı sevgisi qazanan aktrisaya tənha demək də düzgün deyil. Doğum günündə sözümüzü yerə salmadı, hər kəsə bağlı olan qapılarını üzümüzə açdı. Heç vaxt dilə gətirmədiyi faktları da bizimlə bölüşdü. Amma bir şərti oldu: fotolar çəkilməyəcək.

Son.az aktrisanın yenicag.az-a müsahibəsini təqdim edir.

- Məşhur, eyni zamanda gözəl aktrisaların hər zaman paxıllığını çəkiblər. Yəqin ki, bu, sizdən də yan keçməyib...

- Mən buna paxıllıq deməzdim. Sadəcə olaraq, insanlar müxtəlif bürclər altında doğulur və bu bürc altında dünyaya gələn adamların bir-biri ilə uyuşması, bir-birlərini qəbul edib-etməməsi məsələsi var. Kimsə bürcünə əks olan insanı qəbul etmirsə, bunun adını paxıllıq qoyuruq.

- Siz belə şeylərə inanırsınız?

- Əlbəttə, mənim bürcümlə uyğun gələn və uyğun gəlməyən bürclər var ki, bu, həmin insanlarla münasibətimə təsir edir.

- Bunu necə müəyyənləşdirirsiniz? Söhbət zamanı qarşınızdakının hansı bürcdən olduğunu soruşursuz?

- Adətən, soruşmuram; münasibətindən, davranışından və maraqlarından başa düşürəm ki, hansı bürcə məxsusdur. Əslində, bürclərlə bağlı məlumata malik olmaq insana kömək edir. Məsələn, gənclik illərində həyat yoldaşı seçərkən yanılmırsan, gələcəkdə qarşılaşacağın konfliktlərdən, əzab-əziyyətlərdən əvvəlcədən sığortalanırsan. Belə bir deyim var ki, filankəs sənin adamın deyil. Sən də başa düşürsən ki, bu bürc altında dünyaya gələn insan sənin adamın deyil. Yəni onunla münasibət qursan, hər zaman konfliktlər içində yaşamalı olacaqsan.

- Yəni deyirsiniz bürclər uyğun deyilsə, hətta ortada böyük sevgi varsa da belə, iki sevgili bəri başdan ayrılmalıdır?

- Onsuz da onlar bunu istəməsələr də, gec-tez xarakterlərindəki uyğunsuzluq onları ayıracaq. Yox, əgər ayrılmasalar da iki nəfərdən biri özünü fəda edəcək. Özünü qurban verən də çox vaxt qadın olur. Çünki o, zəif məxluqdur, eyni zamanda ailəsinə görə çox şeydən keçməli olur. Demək olar ki, həmin qadın özünü məhv edir.

- Hansı xüsusiyyətiniz ömrü boyu sizə mane olub?

- Özümdən narazılığım yoxdur. Həyatda nə arzulamışamsa, hamısına çatmışam. Hər zaman sənətimi sevmişəm və o, mənə uğur gətirib.

- Mistikaya inanırsız?

- Əlbəttə, mistika var, olmasaydı, bu söz lüğətdə yer almazdı.

- Həyatınızda mistik qüvvələrin varlığını hiss etdiyiniz məqam olubmu?

- İnsanın qəlbində elə gizlin arzu və istəklər olur ki, düşünürsən ki, həyatın boyu bunlar reallaşa bilməz. Heç ümid belə eləmirsən. Amma gözləmədiyin halda, bu istəklər reallaşır. Olması mümkünsüz bir iş baş verir, buna möcüzə də demək olar. Bəs bu mistika deyil, nədir?

- Yuxulara necə, inanırsız? Çin çıxan yuxularınız olubmu?