Texasda atışmada ölən və yaralananlardan azı 12 nəfəri uşaqdır


Dünya 06 Noy 2017 23:39:00 374 0

Texasda atışmada ölən və yaralananlardan azı 12 nəfəri uşaqdır

Texasda atışma nəticəsində ölən və yaralananlardan 12-14 nəfəri uşaqdır. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis rəisi Co Tekitt bildirib.    

Son məlumata görə, silahlı şəxsin ötən gün San-Antonio şəhəri yaxınlığında yerləşən kilsədə atəş açması nəticəsində 26 nəfər ölüb, 20-dək insan yaralanıb.   Ölən uşaqların dəqiq sayı açıqlanmır. Məlumata görə, ölən şəxslər 5-72 yaşlarında olub.   Qeyd edək ki, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun hadisədən sonra intihar etdiyi bildirilir. D.Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib.     Hazırda cinayətin motivləri müəyyənləşdirilir.   Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.