Rus turistləri yenə də siyahıya liderik edir


Digərləri 06 Noy 2017 22:37:00 246 0

Rus turistləri yenə də siyahıya liderik edir

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana səfər edən turistlərin siyahısına yenə də Rusiya vətəndaşları liderlik edir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycana səfər edənlər arasında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə turistləri tutur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana Rusiyadan 661 349, Gürcüstandan 397 038, İrandan 301 012, Türkiyədən 222 258 nəfər xarici vətəndaş gəlib.

Yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) Azərbaycana 77 963 nəfər səyahət edib.